ÜÇRƏNGLİ BAYRAĞAM
Bu torpağın mayasından yoğrulub,
Anasından oğul aslan doğulub,
Hər qarış torpağın şəhidi olub,
Müstəqil dövlətəm bu gün cahanda,
Üçrəngli bayrağam Azərbaycanda.
Əbədi bir yoldur, düz yoldayıq biz,
Yoldakı sədləri qırıb gedirik.
Sevincdir, fərəhdir, yox kədərimiz,
Səslənir himnimiz bu gün hər yanda,
Üçrəngli bayrağam Azərbaycanda.
Bulağına Zəmzəm dedim, sevindim,
Dar ayaqda əsgər kimi geyindim,
Sənin savaşında qoça ...